Ekvadorun Quayaqil şəhərindəki həbsxanada kriminal qruplaşmalar arasındakı silahlı qarşıdurma yaşanıb.
Axar.az xəbər verir ki, bu barədə həbsxana rəsmiləri məlumat yayıb.
İlkin məlumata görə, qarşıdurma nəticəsində 24 nəfər ölüb, 48 nəfər yaralanıb. Vəziyyəti nəzarət altına almaq məqsədilə həbsxanaya çoxlu sayda polis və ordu birləşmələri yeridilib.