“Barselona”dakı gələcəyim öz əlimdə deyil” – Kuman

“Barselona”nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasının qrup mərhələsində “Benfika”ya (Portuqaliya) uduzduqları matç (0:3) haqqında danışıb. 

Qol.az “Marca”ya istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis Kataloniya klubunun zəif oynadığını etiraf edib:

“Düzgün hərəkət etsəydik, qol şanslarımızdan yararlana bilərdik. 2-ci qolu buraxdıqdan sonra daha da zəif oynadıq. İki dəfə qol vurmaq imkanımız oldu. Effektivlik baxımından çox zəif  idik. Amma ümumilikdə nəzər salanda qalib gələ bilərdik. Komandamızda çox şey dəyişib. Kifayət qədər oyunçumuz yoxdur. Bunu vurğulamaq istəyirəm”.

Kuman istefaya göndəriləcəyi haqqında xəbərlərə də münasibət bildirib:

“Gələcəyimlə bağlı heç bir suala cavab vermək istəmirəm. Çünki bu, mənim əlimdə deyil. Amma komandadakı istənilən problemə görə baş məşqçi günahkar hesab olunur”.

Share: