Peyvənd olunmayan, yaxud COVİD-19-a qarşı immunitet sertifikatı olmayan sərnişinlər inzibati məsuliyyətə cəlb olunmayacaqlar.
Millətin Səsi.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, Daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində müvafiq nəzarət tədbirlərinin icrası diqqətdə saxlanılır:
“Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda müntəzəm sərnişindaşımanı həyata keçirən fiziki, hüquqi və vəzifəli şəxslər qanunverciliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər”.