Ermənistan Baş Qərargah rəisinin müavini general-leytenant Stepan Qalstyan saxlanılıb.
Milletinsesi.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb. Onun evində axtarış aparıldığı bildirilib.
Qeyd edək ki, bundan öncə erməni silah taciri David Qalstyan və sabiq müdafiə naziri David Tonoyan həbs edilmişdi.