Nazirlik Aparat rəhbərinə yaxın şirkətə 5 milyonluq tender verdi

Qaynarinfo xəbər verir ki, müqavilədə ümumtəhsil məktəblərinin yüksək sürətli internet şəbəkəsinə qoşulması, pandemiya dövründə şagirdlərin təhsilə cəlb olunmasını təmin etmək məqsədilə distant təhsilin təşkili ilə əlaqədar məktəblərin fiberoptik kabellə internətə qoşulması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “AzEduNet” MMC 14 dekabr 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 6 340 000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Məhəmməd İbn Hinduşah Naxçivani küçəsi, ev 22, mənzil 49-da yerləşir. MMC-nin qanuni təmsilçisi Yəhyayev Natiq Rza oğludur.

Mediada yayılan məlumatlara görə, “AzEduNet” MMC Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin sabiq rəisi, hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışan Samir Məmmədova yaxın şirkətdir. MMC-nin təsisçiləri Haciyev Fuad Bəyalı oğlu və  Həsənov Heydər Elmar oğludur. “AzEduNet”in qanuni təmsilçisi Natiq Yəhyayev həm də MMC-nin direktoru vəzifəsini daşıyır.

Samir Məmmədov Təhsil Nazirliyində idarə rəisi vəzifəsində çalışarkən “AzEduNet” MMC ilə maliyyə dəyəri milyonlarla manatla ölçülən müqavilələr imzalanıb. Bu barədə internet resurslarında çoxsaylı materiallara rast gəlmək mümkündür.

Share: