Ağdam rayonunda insan sümükləri aşkarlanıb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, Ağdam rayonunun işğaldan azad edilən ərazisində Körpü-Bina Tikinti MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus insan sümükləri aşkar edilib.
Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.