Azərbaycanın reytinqi dəyişməyib

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

Millətin Səsi.az  xəbər verir ki, “Qarabağ”ın Konfrans Liqasında Qazaxıstan “Kayrat”ı üzərində 2:1 hesablı səfər qələbəsi ölkənin aktivinə daha 0,500 xal yazdırsa da, bu hər hansı irəliləyişə səbəb olmayıb.

Əvəzində hazırda 16,500 xalla 26-cı sırada qərarlaşan Azərbaycan hərəyə 15,875 xala malik Polşa və Macarıstandan uzaqlaşıb.

Share: