Ən geci gələn ilin mart ayının 18-də Çanaqqala dəniz zəfərinin ildönümündə körpümüzü istifadəyə verəcəyik.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala körpüsündəki son tamamlama işləri ilə tanış olarkən deyib.
“Çanaqqala körpüsünün istifadəyə verilməsi ilə boğazdan keçid müddəti maneəsiz 6 dəqiqəyə enəcək. “Hazırla-işlət-təhvil” modeli üzərində qurulan bu körpü ilə Türkiyə yeni bir sıçrayış dövrünü uğurla həyata keçirib.
Biz indi elə bir dövrə qədəm qoyuruq ki, 3 qitədə bütün quru, dəniz, dəmir yolu və hava yolları ölkəmizdən və boğazlarımızdan keçməyə başlayır”, – deyə Ərdoğan bildirib.