Polşa prezidenti Fəxri xiyabanı ziyarət etdi

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Polşa Respublikasının Prezidenti Andjey Duda mayın 31-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Milletinsesi.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

 

Share: