Koronavirusun “omikron” ştammına yoluxan şəxs xəstəliyi yüngül şəkildə keçirir.
Millətin Səsi.az xəbər verir ki, bunu İngiltərə mediasına Cənubi Afrika Həkimlər Birliyinin sədri, həkim Anjelika Kutzi deyib.
“Bu hal “omikron” ştammını digər variantlardan fərqləndirir. Ancaq peyvənd olunmayanlar və yaşlılar xəstəliyi nisbətən ağır keçirə bilərlər”, – həkim vurğulayıb.
O bildirib ki, bu ştamma yoluxanların əksəriyyəti 40 yaşa qədər olanlardır:
“Bu günə kimi nəticəsi pozitiv çıxan 20 xəstəm olub. Bunların yarıdan çoxu peyvən olunmasa da, qoxu və dadbilmə qabiliyyətlərini itirməyiblər. “Omikron” ştammına yoluxanlarda 1-2 gün ərzində əzələ ağrıları və yorğunluq olur. Bununla yanaşı, yüngül formada öskürək də ola bilər”.