Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.
Millətin Səsi.az xəbər verir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar isə bayramla əlaqədar olaraq qeyri-iş günüdür.
1-2 yanvar şənbə və bazara təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən yanvarın 3-ü və 4-ü də qeyri-iş günü olacaq.
Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq.