Zırkınla 55 kiloluq balıq tutdu

Çanaqqalada Çetin Ege Doğan adlı Türk vətəndaş ı  körfəzdə 20 metr dərinlikdə nizə tüfəngi ilə 55 kiloqram ağırlığında, 1 metr 75 santimetr uzunluğunda “akya” balığı tutub.

 

Millətin Səsi.az xəbər verir ki, Çetenin balıq tutmaq hobbisi olub. Şəhərdə bir bankda mühafizəçi işləyən və hobbi məqsədi ilə  sərbəst dağıclar edən Çetin Saros körfəzində 20 metr dərinlikdə balıq sürüsü ilə qarşılaşıb. Doğan çevik və yırtıcı olan, “göy balıq sürülərinin kabusu” kimi tanınan nəhəng balıqlardan birini zırkınla ovlayıb. Uzunluğu 1 metr 75 santimetr olan balığın çəkisi 55 kiloqram olub.

Çetin Ege Doğan, “balığı görəndə çox həyəcanlandım, sonra balığı tutdum. Sudan sahilə güclə çıxardığım balıq demək olar ki, mənimlə eyni ölçüdə idi”, deyə bildirib.

Share: