İranın cənub-qərbində Xuzistan vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.
Milletinsesi.az xəbər verir ki, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat yayıb.
Təkanlar bu gün yerli vaxtla saat 09:04-də Qotvənd rayonunda 16 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntılar və insan tələfatı barədə məlumat yoxdur.