“Taleyin ironiyası həm də ondan ibarətdir ki, Paşinyan əvvəllər Ermənistanı KTMT-dən çıxmağa çağırıb və…”
“Ola bilsin ki, Qazaxıstandakı erməni əsgərləri əsir götürüləcək və Qazaxıstanın hakimiyyət orqanları ilə yaxın münasibətləri nəzərə alınmaqla oradan da Azərbaycana göndəriləcək. Azərbaycan da müəyyən tələbləri yerinə yetirmək müqabilində onları Ermənistana qaytaracaq, sonra isə İrəvanda həmin əsgərlər mühakimə olunacaq”.
Moderator.az xəbər verir ki, “ArmenianReport”un yaydığı məlumata görə, bu məntiqsiz fikirləri yanvarın 7-də jurnalistlərlə görüşündə Ermənistanın Polşadakı keçmiş səfiri, Konstitusiya Məhkəməsi aparatının sabiq rəhbəri Edqar Qazaryan ifadə edib.
Keçmiş erməni səfirin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Katibliyinin funksiyalarını öz üzərinə götürüməklə işə ziyan vurub. Çünki onun qərarı beynəlxalq ictimaiyyətdə KTMT mexanizminin işə salınmasının qanuniliyi ilə bağlı suallar doğurub.
E.Qazaryan qeyd edib ki, Paşinyan 2018-ci ildə hakimiyyətə gələndə özünün tətbiq etdiyi üsullardan istifadə edənlər üçün qoşun göndərir.
“Taleyin ironiyası həm də ondan ibarətdir ki, Paşinyan əvvəllər Ermənistanı KTMT-dən çıxmağa çağırıb və Qazaxıstanın Ermənistanla bağlı və əks münasibətdə hansı öhdəliklərin olduğu barədə hesabat əldə etmək istəyib”, – deyə erməni diplomat vurğulayıb.