ABŞ Ədliyyə Nazirliyi “Google” şirkətinin də daxil olduğu və antiinhisar qanunverciliyini pozmaqda şübhəli bilinən “Alphabet” korporasiyasına qarşı təhqiqatlara başlamağa hazırlaşır.
Bu barədə “The Wall Street Journal” qəzeti xəbər verir.
Nəşrin mənbələri bidirir ki, nazirlik “Google”un biznesi necə apardığını, internetdə axtarış qaydalarını necə müəyyən etdiyini və digər məsələləri araşdırmağa artıq başlayıb.
Xatırladaq ki, cari ilin mart ayının sonlarında Avrokomissiya “Google” şirkətini rəqabətlilik üzrə Avropa normalarını pozduğuna görə €1,49 mlrd ($1,7 mlrd) məbləğində cərimələmişdi.