Tramp Zelenskini Vaşinqtona dəvət etdi

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampdan Vaşinqtona rəsmi səfərlə bağlı dəvət alıb.

Virtualaz.org bildirir ki, bu barədə Ukrayna nəşri “Zerkalo nedeli” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin iddiasına görə, səfər zamanı Donbasda münaqişənin həlli ilə yanaşı, real biznes layihələri ilə bağlı da əsaslı müzakirələr aparılacaq.

Nəşr vurğulayıb ki, Zelenski ABŞ prezidentinin dəvətini dünən-mayın 31-də alıb. Səfər isə Trampın Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra baş verə bilər.

Share: