Yaponiya hökuməti G20 sammitində Rusiya ilə sülh razılaşmasına dair çərçivə razılaşması imzalamaqdan imtina edib.
Axar.az xəbər verir ki, bu məlumatı “Asahi” öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, Tokionu belə addıma Moskva ilə təhlükəsizliklə bağlı yaranan fikir ayrılıqları məcbur edib. Bununla belə Yaponiya hökuməti Moskva ilə sülh danışıqlardan imtina etmək fikrində deyil.