Ermənisiz Qafqaz

Moskvanın “Sentrpoliqraf” nəşriyyatı 2021-ci ildə Mixail Paqodinin “General Yermolov” adlı kitabını nəşr etmişdir. Kitabda Cənubi Qafqaz və İran türklərinin, bütövlükdə Qafqaz xalqlarının taleyində faciəli rol oynamış işğalçı generalın demək olar ki, bütün həyat yolu gözdən keçirilir. Rusiyanın İrandakı səfiri kimi yazdığı gündəlikıər, Qafqaz valisi olaraq Azərbaycan xanları ilə keçirdiyi görüşlər, gördüyü işlər, Çeçenistan və Dağıstan savaşları, məktubları XİX əsrdə Rusiyada və Qafqazda baş verən ictimai-siyasi hadisələr haqqında müəyyən təsəvvür yaradır.. Kitabın sonunda Adolf Berjenin “A.P. Yermolovun İranda səfirliyi”, Yermolov haqqına Denis Davudovun topladığı lətifələr də yer almışdır. Məqsədim bu kitab haqqında geniş danışmaq, Yermolovun Qafqaz və İran xalqlarına imperiya lovğalığı ilə yekəxana münasibətini təhlil etmək deyil. Məqsədim Çar Rusiyasının Cənubi Qafqazı işğal etməsindən sonra bizim taleyimizdə nə qədər amansız rol oynadığını bir daha diqqətə çatdırmaqdır. Yermolov Quba, Şirvan, Şəki, Qarabağ, Talış, İravan, Naxçıvan xanlıqlarını və Cənubi Azərbaycan bölgələrini gəzir, Şuşaya gedir, evlərdə qonaq olur, çoxlu tarixi şəxsiyyətlə, sadə insanlarla görüşür…Onların arasında bircə nəfər də erməni yoxdur. Bəlli olur ki, Cənubi Qafqazda Eçmiədzin rahibindən başqa erməni yoxdu,.. Bu kitab XIX yüzilin əvvəllərində Cənubi Qafqazın ermənisiz etnik xəritəsını göstərdiyinə görə tarixçılərimiz və siyasətçilərimiz üçün maraqlı mənbədir.

Sabir Rüstəmxanlı
28. 01.2022

Share: