Sahil Babayev xəstə qaziyə niyə pensiya vermir?

Oğlum Vətən Müharibəsinin ilk günündən sonadək vuruşmuş, artilleriya kəşfiyyatçısı olduğuna görə Şuşaya ilk girənlərdən biri olmuşdur. Xocavəndin Tuğ kəndində ayağından qəlpə yarası almış və qapalı kəllə beyin travması ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onu 10 gün müalicə etdikdən sonra ongünlük məzuniyyət vermişdilər. Amma oğlum 3 gündən sonra sarğısını dəyişdirib həkimlərin etirazına baxmayaraq, ərizə yazıb,yenidən cəbhəyə yola düşdü və son günədək vuruşdu.

Bu sözləri Millətin Səsi.az-a  qazi Abdullayev Muradın  atası Valeh Abdullayev şikayət ərizəsində yazıb. O bildirib:

“Mənim bir oğlum var. Qazidir. Ona Ali baş komandan şəxsən “cəsur döyüşçü” Medalı ilə təltif edib.Bundan əlavə o Şuşaya daxil olmaqla 5 rayonun alınmasına görə medallarla təltif olunub. Müharibədən gələndən bu günədək xəstəxanalardadır. Hal-hazırda müalicə olunur. Bu günədək onunla heç kim maraqlanmayıb. Erməni gülləsindən ölməyən oğlum gözümün qabağında şam kimi əriyir. Bu barədə cənab prezidentə ərizə ilə müraciət etmişəm. İki dəfə vitse-prezident Mehriban xanımın qəbulunda olmuşam və ərizə ilə müraciət etmişəm. Onlar mənə deyiblər ki, qoy əlillik məsələsi həll olunsun,onun Türkiyəyə müalicəyə göndərilməsinə köməklik göstərəcəyik. Sosial Müdafiə Nazirliyinə sənədləri təqdim etmişik. Hər dəfə hansısa sənədin çatışmadığını bəhanə edib işi uzadıblar. Nəhayət, dedikləri bütün sənədləri təqdim etdikdən sonra ona 18 yanvarda imtina yazıblar. Sənədlərində göstərildiyi kimi bu qaziyə uzun müddətli müalicə lazımdlır. Ona müşahidəçi lazımdır ki, onu idarə etsin. Bütün bunlar ona verilən sənədlərdə də qeyd olunub.”

Valeh Abdullayev məsələnin ictimaiyyələşməsini və xəstə  oğlunun pensiya ilə təmin olunmasını xahiş edir.

Share: