Xüsusən də insanlığı və ədaləti hiss etmək çox gözəldir. Məsələn, mənə ildə 80 min dollar təqaüd ayrılır. Amma hər addımda təşəkkür edirlər, sağ ol ki, MIT-ı seçmisən.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində Respublika və beynəlxalq olimpiadaların dəfələrlə qalibi olan, hazırda dünyanın ən nüfuzlu universitetlərindən sayılan Massaçusets Texnologiya İnstitutunda təhsil alan Azərbaycanın parlaq gənclərindən biri – 18 yaşlı Abutalıb (Barış) Namazov deyib.
Qeyd edəkk i, Abutalıb Namazov Azərbaycanın tanınmış jurnalisti Şahvələd Çobanoğlunun oğludur.
Yenipress.az