Iranda “Şuşi” küçəsinin olmasına- Səfirdən reaksiya

“Şuşa” adının İranda “Şuşi” kimi qeyd edilməsi, sözsüz ki, hər iki ölkənin xalqları tərəfindən xoş qarşılanmır.

Millətin Səsi.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın IRIB xəbər agentliyinə müsahibəsində bu ölkədə küçələrdən birinə “Şuşi” adının verilməsinə münasibət bildirərkən söyləyib.

“Şübhəsiz ki, bu cür məsələlərin ərsəyə gəlməsi hər iki ölkənin xalqlarının mənfi təzahürünə səbəb olub. Gərək bunlara diqqət edib həssas məsələlərdə bir-birilərimizin fikirlərini nəzərə alaq”, – səfir vurğulayıb.

Xatırladaq ki, ötən ilin noyabr ayında Tehran meriyası şəhərdəki bir sıra küçələrin adlarına Azərbaycanın şəhər adlarının təhrif edilmiş formasını qoyub (Bakı yerinə “Badikübə”, Şuşa yerinə “Şuşi”). Buna etiraz olaraq soydaşlarımız həmin küçə lövhələrini silərək üzərində “Azərbaycan” yazıblar.

Qeyd edək ki, küçələrin adlarına hələ də düzəliş edilməyib.

Share: