Azərbaycan Ordusunun Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində atəş açması barədə ermənilərin yaydıqları informasiyalar həqiqəti əks etdirmir.
Millətin Səsi.az-a bu barədə Müdafiə nazirliyindən bildirilib:
“Erməni sosial şəbəkələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri tərəfindən Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində guya atəşin açılması barədə yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır”, – MN-dan qeyd olunub.