Tesla Avtomobil Şirkəti son vaxtlar üzləşir. Minlərlə modeli geri çağıran və yeniləmələr hazırlayan Tesla indi əyləc sistemi ilə bağlı problem yaşayır.
Şirkətə son doqquz ayda “gost braking” adlı əyləc sistemi ilə bağlı 354 şikayət daxil olub. Sürücülər deyirlər ki, problem “Autopilot” sürücüyə yardım sistemindən istifadə zamanı yaranıb. Bu funksiya avtomobili idarə edərkən müəyyən əyləc və sükan elementləri üzərində idarəetməni təmin edir.
Avtomobillər şossedə sürətlə hərəkət edərkən gözlənilmədən əyləcin öz-özünə basıldığı iddia edilir. Şikayətçilər bildirirlər ki, sürətli yavaşlama xəbərdarlıq etmədən, təsadüfi və tez-tez tək bir sürücülük dövründə təkrar-təkrar baş verə bilər.
Qeyd edək ki,Tesla avtomobilləri elektrik enerjisi ilə işləyir və son zamanlar alıcıların diqqət mərkəzindədir.