Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyası müxalif “Ermənistan” blokunun irəli sürdüyü Azərbaycan və Türkiyə tərəfindən imzalanan Şuşa Bəyannaməsi ilə bağlı qanun layihəsini dəstəkləməyib.
Millətin Səsi.az xəbər verir ki, qanun layihəsinin lehinə 4 deputat səs verib. Hakim “Mülki Müqavilə” partiyasının 6 deputatı isə bitərəf qalıb.
Qəbul edilməyən qanun layihəsində Şuşa Bəyannaməsinin Ermənistan üçün qəbuledilməz olduğu vurğulanırdı. Bildirilirdi ki, bəyannamə “Bir millət – iki dövlət” konsepsiyası çərçivəsində Türkiyə-Azərbaycan hərbi-siyasi birli ilə yekunlaşır.