Şastye şəhərinə hücum dəf edilib, düşmən itki verib.
Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Strateji Kommunikasiya və İnformasiya Təhlükəsizliyi Mərkəzi məlumat verib.
“Hücuma cəhd nəticəsində düşmənin texnikası və 50-yə hərbçisi məhv edilib. Şastye bizimdir!”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, daha öncə Rusiya dəstəkli separatçı qüvvələr Şastye şəhərini ələ keçirdiklərini açıqlamışdılar.