DIN-dən parklanma ilə bağlı- Açıqlama

Daxili İşlər Nazirliyinin (DİN) parklanma ilə bağlı məsələlərə aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətindən Millətin Səsi.az-a bildirilib ki, Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin, parklanma xidmətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

“Dayanma-durma və parklanma qaydalarının tənzimlənməsi məqsədilə neqativ hallar polis əməkdaşları tərəfindən aradan qaldırılır. Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada səkilərində qanunsuz parklanma ilə bağlı sistemli mübarizə aparılır.

Paytaxt ərazisində bu sahədə neqativ halların aradan qaldırılması – parklanma, tıxac və digər qanunsuz fəaliyyətlə bağlı işçi qrupları tərəfindən tədbirlər görülür. Bakı Şəhər İcra Hakimiyyəti tabeliyində yaradılacaq yeni publik hüquqi şəxs, başqa sözlə, ixtisaslı qurum tərəfindən fəaliyyət təşkil olunacaq.

Həmin qurumun səmərəli fəaliyyət göstərməsi üçün Daxili İşlər Nazirliyinin müvafiq stukturu ilə birgə işlər aparılmaqla, nəqliyyat sahəsində idarəetmə tam tənzimlənəcək”, – məlumatda vurğulanıb.

Share: