Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Millətin Səsi.az  fərmanın mətnini təqdim edir:

“Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 839; 2017, № 9, maddə 1651; 2018, № 1, maddə 42, № 4, maddə 656, № 12 (I kitab), maddə 2569; 2019, № 5, maddə 854; 2020, № 4, maddə 401, № 5, maddə 534) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamə”nin 5.5.5-ci yarımbəndində “Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin vəzifəyə təyin etdiyi” sözləri “Agentliyin” sözü ilə əvəz edilsin və həmin yarımbəndə “digər işçilərini” sözlərindən sonra “Nazirliklə razılaşdırmaqla” sözləri əlavə edilsin”.

Share: