“Liverpul”un azarkeşi Madriddə itkin düşüb

Çempionlar Liqasının Madriddə  keçirilən “Liverpul” – “Tottenhem” finalından sonra bir azarkeş itkin düşüb.

Qol.az “Mirror”a istinadən xəbər verir ki, oyun bitikdən  sonra “Liverpul” fanatı  Makauli Neusdən xəbər yoxdur.

23 yaşlı gənc iyunun 1-də keçirilən final matçından sonra İngiltərəyə qayıtmalı olsa da, indiyədək onu görən olmayıb. Azarkeşin bacısı İnstagram səhifəsində qeyd edib ki, qardaşını ötən şənbə günündən axtarırlar.

Share: