Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Beştəpədə iki həftəlik fasilədən sonra Nazirlər Kabinetinin iclasını keçirəcık.
Millətin Səsi.az xəbər verir ki, iclasda Rusiya ilə Ukrayna müharibəsi əsas müzakirə mövzusu olacaq. Ərdoğan hər iki ölkə ilə siyasi, diplomatik və iqtisadi əlaqələri olan Türkiyənin müharibəni dayandırmaq üçün apardığı danışıqların gedişatı barədə Nazirlər Kabineti üzvlərini məlumatlandıracaq. Rusiyanın Ukraynaya qarşı əməliyyatının bölgədə yaradacağı vəziyyət və bunun iqtisadiyyat, ticarət və turizm sektoruna təsirləri, qərb ölkələrinin SWIFT addımı da Nazirlər Kabinetinin gündəmində olacaq.
Daha nələr müzakirə olunacaq?
Türkiyənin Ukraynadakı vətəndaşları üçün həyata keçirdiyi əməliyyat müzakirə olunacaq. Vurğulanacaq ki, regionda sabitliyi poza biləcək münaqişələr dayandırılmalı, problem diplomatiya və danışıqlar yolu ilə həll edilməlidir. Humanitar yardımla bağlı atılacaq addımlar qiymətləndiriləcək. Rusiyanın hücumundan sonra Ərdoğan təhlükəsizlik sammitini toplayıb və atılacaq addımları müzakirə edib. Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə dəfələrlə telefon danışığı edən Ərdoğan NATO-nun onlayn sammitində də iştirak edib. Ərdoğan toplantıda alınan qərarları xalqa müraciəti ilə çıxışı ilə açıqlayacaq. Prezident Ərdoğan çıxışında Rusiyaya qarşıdurmanı dayandırmaq və vasitəçilik etmək təklifini təkrarlayacaq.