APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulu Əfqan Salmanov deyib.
Fəxri Konsul bildirib ki, konsulluq 24 saatlıq iş rejimi ilə fəaliyyətini davam etdirir: “Bir neçə gündür davam edən müharibə zamanı Xarkovda müvəqqəti yerləşən vətəndaşlar tərəfindən evakuasiya ilə bağlı müraciətlər daxil olub. Biz bu müraciətləri araşdıraraq vilayət rəhbərliyindən onların müxtəlif şəhərlərə pulsuz biletlərlə getməsini xahiş etmişdik. Buna da nail olduq. Bir neçə gün ərzində 650-dən çox həmyerlimizi Lvov istiqamətində qatarla yola salmışıq. Xarkovda hələ də çoxlu Azərbaycan vətəndaşı qalmaqdadır. Biz onlara tövsiyə edirik ki, qaldıqları yeri tərk etməsinlər, müharibə şəraitinu nəzərə alaraq zirzəmilərdən mütləq şəkildə istifadə etsinlər, küçələrə çıxmasınlar. Vəziyyət yumşalan kimi biz onlara öz yardımımızı göstərəcəyik, onların da Azərbaycana getməsi üçün lazımi addımları atmağ çalışacağıq”.