Belçikada xalqın nüvə müharibəsi qorxusundan aldığı yod həblərinin sayı 56 mini keçib

Cümə axşamı  Rusiya-Ukrayna müharibəsi və Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığındakı münaqişələrlə bağlı narahatlıqlar səbəbindən Belçikada 56 mindən çox yod həbləri əhaliyə pulsuz paylanıb.

Millətin Səsi.az xəbər verir ki, Zaporojjya AES-də baş verən yanğın xəbərindən sonra bu rəqəmin daha da artacağı gözlənilir.

Ancaq bir çox insan apteklərə getdikdən sonra Federal Nüvə Nəzarəti Agentliyi açıqlama verərək, Ukraynada vəziyyətin yod həblərinin qəbulunu tələb edəcək səviyyədə olmadığını bəyan etdi.

Qurumun açıqlamasında “Yod həblərini apteklərdən pulsuz əldə etmək olar, lakin bu mərhələdə buna ehtiyac yoxdur. Yod həbləri yalnız səlahiyyətli qurumların tövsiyəsi ilə qəbul edilməlidir”, xəbərdarlıq edilib.

Qeyd edək ki, yod həbləri lazımi vaxtda qəbul edildikdə, qalxanabənzər vəzini radioaktiv yoddan qoruyur və tiroid xərçəngi riskini azaldır. Yod tabletləri yalnız radioaktiv yoddan qoruyur, digər radioaktiv maddələrdən deyil. Yod tabletləri yalnız səlahiyyətli orqanların məsləhəti ilə istifadə edilməlidir.

Mənbə: CNN

Share: