“TikTok” beyində böyük problemlər yaradır və uşaqlarda əqli geriliyə gətirib çıxarır.
Millətin Səsi.az xəbər verir ki, bu iddialara əsasən ABŞ Massaçusets Baş Prokurorluğu araşdırmalara başlayıb.
Prokurorluq Çin şirkəti tərəfindən hazırlanan “TikTok” platformasının necə dizayn, idarə və təqdim edildiyini araşdıracaq. Beləliklə, bunun uşaqlarda əqli geriliyə və müxtəlif beyin zədələrinə səbəb olub-olmadığı daha ətraflı araşdırılacaq.
Qeyd edək ki, ABŞ bu məsələdə çox israrlıdır.