Müdafiə Nazirliyinin sabiq idarə rəisi saxlanıldı

Müdafiə Nazirliyinin sabiq idarə rəisi saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işinin istintaqı üzrə Müdafiə Nazirliyinin sabiq idarə rəisi saxlanılıb.

Millətin Səsi.az  Trend-ə istinadən xəbər verir ki, saxlanılan şəxs Müdafiə Nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyevdir.

F.Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Fikrət Mirzəyev 2020-ci ildə Müdafiə Nazirliyindəki tutduğu vəzifədən azad olunub.

Share: