Avropa Birliyi Ukraynaya əlavə 500 milyon avro hərbi dəstək verəcək.
Axar.az xəbər verir ki, bu sözləri AB-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozef Borrell deyib.
Ukraynaya hərbi dəstəyin artırılması və Rusiyaya təzyiqin davam etdirilməsi mövzusunda razılaşdıqlarını ifadə edən Borrell qısa zamanda əlavə dəstək qərarının veriləcəyini bildirib.