Borrell: Rusiya Mariupolda “kütləvi müharibə cinayətləri” törədir

Rusiya  Ukraynanın Mariupol şəhərindəki hücumları ilə “kütləvi müharibə cinayətləri” törədir.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib.

 

Mariupolun bu sürətlə tamamilə məhv ediləcəyini bildirən Borrell, “Hər şeyi yox edən, insanları öldürən bombalarla şəhər tamamilə yerlə-yeksan ediləcək”,- ifadəsini işlədib.

Rusiyanın səsdən sürətli silahlardan istifadə etməsinə münasibət bildirən Borrell, “Rusiya bütün hərbi imkanlarından istifadə edir. Burada problem bu imkandan mülki əhaliyə qarşı istifadə etməkdir. Bu, müharibə deyil, bir ölkənin hörmət etmədən kütləvi qırğın cəhdidir. Çünki müharibənin də öz qanunları var”, -deyib.

 

Share: