Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Qriqelis Nina Arqunovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.