Peskovun nüvə təhdidi: Putin bunu demək istəyir

Kremlin sözçüsü Dmitri Peskov dedi ki, Rusiya təhlükə altına düşərsə, son çarə kimi nüvə silahından istifadə etməkdən çəkinməyəcəyik. Onun sözləri əslində yeni deyil. Lakin “istifadə edə bilərik” deməyi istifadə edəcəkləri mənasına gəlmir.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli politoloq Furkan Qaya deyib.

O bildirib ki, 1962-ci ildəki Kuba böhranı ABŞ və Sovet İttifaqı arasında qaynar toqquşma ehtimalının ən yüksək səviyyədə olduğu bir dövr idi:

“O vaxt da kritik anda geri addım atıldı və bu silahlardan istifadə olunmadı. O zamandan bəri nüvə tərk-silahına dair sazişlər bağlanıb, məsələlər müzakirə olunub. Amma heç bir nüvə silahı olan dövlət onlardan əl çəkmədi. Çünki nüvə silahı bir dövləti siyasi cəhətdən güclü edən alətdir. Putin demək istəyir ki, mən böyük bir gücəm və coğrafiyanın həqiqətiyəm. O, siyasi güc mesajı verdi. Peskov da məhz bunu izah edir”.

F.Qaya qeyd edib ki, bu gün Ukrayna ilə Rusiya arasında müharibədə NATO var:

“Növbəti “soyuq müharibə”yə gedib-getmədiyimizi deyə bilmərik, amma dünyanın hər bir guşəsi cəbhəyə çevrilə bilər. Bizim artıq dünyanın başqa bir yerində baş verən bir hadisə haqda “mənə nə?” demək şansımız yoxdur. Münaqişə zonaları böyük müharibə potensialına malik ola bilər. Yeni qlobal tarazlıq miqyası yaradılmalıdır”.

Share: