Bu gün Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Livan, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Bəhreyn və Əlcəzairdə müsəlmanların müqəddər Ramazan bayramı qeyd olunur.
Publika.az xəbər verir ki, 10 ölkədə dini qurumlar Ramazan ayının son gününü 3 iyun kimi elan edib.
Bu gün isə həmin ölkələrdə Şəvval ayının ilk günüdür.
Digər müsəlman ölkələri: Misir, Fələstin, İordaniya, Liviya, Tunis, İran, Suriya və Sudanda bayram sabah qeyd olunacaq.
Siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə hökumət qüvvələrinə qarşı baş qaldıran Husilər Ramazan bayramının çərşənbə günü olduğunu bildirib.
Sabitliyin, məzhəb fərqinin və ciddi müxalif qarşıdurmaların hökm sürdüyü digər müsəlman ölkələrində isə hökumətlə müxalifət fərqli bayram günləri açıqlayıb. Buraya İraq və Suriya aiddir.
Qeyd edək ki, Azərbaycanda Ramazan bayramı sabah qeyd olunacaq.