Putin Ukrayna uğursuzluğunun əvəzini belə çıxacaq

Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı uğursuzluğu silmək və xalqın gözündə qalib kimi görünmək üçün ölkəsinin daxilində düşmən axtarmağa məcbur olacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Kimsə satqın təyin edilməlidir. Başqa sözlə Putinə Ukraynada olmasa da, Rusiyadakı sui-qəsdçiyə qalib gəlmək lazımdır. Beləliklə, sui-qəsdçi “tapılmalı”, onun başı kəsilməli, daha sonra müdrik görkəmlə Avropanı xilas edəcək sülh bağlanmalıdır” – Arestoviç qeyd edib.

O, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovun “satqınlar” arasında ola biləcəyini ehtimal edib.

Share: