Buraxılış imtahanlarının gec elan olunmasının səbəbi

Buraxılış imtahanlarının nəticələrinin gec elan olunmasının səbəbi açıqlanıb.

Millətin Səsi.az  xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən açıqlamada yazılı cavab tələb edən tapşırıqların yoxlanılmasının uzun müddət tələb etdiyi bildirilib.

“Bu səbəbdən buraxılış imtahanlarının nəticələri gec açıqlanır”, – deyə əlavə edilib.

Qeyd edək ki tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5-6 mart 2022-ci il tarixlərində keçirilən buraxılış imtahanlarının nəticələri 1 aprel tarixində elan olunub.

12-13 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin isə aprelin 10-dək elan olunması nəzərdə tutulsa da, hələ də cavablar açıqlanmayıb.

Share: