Bu gün Bakının Maştağa, Nardaran, Buzovna qəsəbələrinə, həmçinin Zabrat və Ramana qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Azərsu ASC-dən Millətin Səsi.az -a verilən məlumata görə, bunun səbəbi yay mövsümünə hazırlıq məqsədilə profilaktik işlərin aparılmasıdır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.