ABŞ gələn həftə Ukraynaya yeni silah tədarükünü elan edə bilər.
Axar.az- ın xəbərinə görə, bu barədə CNN məlumat yayıb.
“Ukrayna hakimiyyəti Donbasdakı döyüşlərdə onlara ən çox Qərb dövlətlərinin hələ təmin etmədiyi MLRS-ın lazım olduğunu bildiriblər. Administrasiya bu sistemləri gələn həftə daha böyük hərbi və müdafiə yardım paketinin bir hissəsi kimi Ukraynaya çatdırmağa meyllidir”,- məlumatda deyilib.
Qeyd edək ki, M270 MLRS sistemlərinin hədəfi vurmaq qabiliyyəti 40-80 km arasındadır.