Rusiya kəşfiyyatı zaman-zaman maraqlı sui-qəsd cəhdləri ilə gündəmə gəlir. Soyuq Müharibə dövründən bəri bəzi sui-qəsd və sui-qəsd cəhdlərində istifadə edilən silahlar olduqca diqqətəlayiqdir.
Millətin Səsi.az xarici KIV-ə istinadən xəbər verir ki, 1978-ci ildə Sovet İttifaqına müxalifəti ilə tanınan məşhur bolqar yazıçısı Georgi Markov İngiltərənin paytaxtı Londonda ‘Bolqar çətiri’ kimi tanınan silahla zəhərli güllə ilə öldürülüb. 2006-cı ildə Londonda Markovu hədəf alan başqa bir sui-qəsd də baş verdi. Putinin əleyhdarı, keçmiş rus casusu Aleksandr Litvinenko zəhərlənərək öldürülüb. Litvinenkoya sui-qəsddə şübhəli bilinən Dmitri Kovtun Covid-19 səbəbiylə bir müddət əvvəl Moskvada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Aleksandr Litvinenkonun qətli baş verdiyi vaxt bütün dünyada reaksiya və narahatlıqla qarşılanıb. Hadisədən sonra Britaniya səlahiyyətlilərinin apardığı araşdırmada Litvinenkonun içkisinə insan orqanizmində böyük dağıntılara səbəb olan nadir radioaktiv Polonium-210 maddəsinin atıldığı müəyyən edilib.