Hörümçəkləri evdən uzaqlaşdırmaq üçün SADƏ FORMUL

Evin təmizliyinə nə qədər diqqət etsək də, bəzən hansısa küncdə hörümçəyin tor qurduğunu görürük. Hörümçəkləri evdən uzaqlaşdırmaq üçün müxtəlif kimyəvi üsullar mövcuddur. Əgər allergiyanız varsa, ya da o dərmanlara pul vermək istəmirsinizsə, evinizdəki vəsaitlərlə hörümçəkləri uzaqlaşdıra bilərsiniz.

Milletinsesi.az-ın lent.az-a istinadən təqdim etdiyi bu reseptdən istifadə etsəniz, evinizdə bir daha hörümçək görməyəcəksiniz.

Vəsaitlər:

-10 damcı nanə yağı

-5 damcı evkalipt yağı

– Duru sabunu

– Sprey şüşəsi

– Pambıq

– Su

Hazırlanması:

Bütün vəsaitləri sprey şüşəsinin içərisinə tökün və üzərinə son olaraq da nanə yağını əlavə edin, yaxşıca çalxalayın. Qapılara, divarlara, hörümçəklərin gələ biləcəyi hər yerə sıxın. Yaxşı bir nəticə almaq üçün bunu həftədə ən az bir dəfə təkrarlayın.

Eyni zamanda pambığı qarışıma batıraraq mebellərin üzərinə və rəflərin içərisinə də qoya bilərsiniz.

Share: