Dövlət Duması spikerinin sözlərinə görə, ABŞ-ın yanlış siyasəti nəticəsində Rusiyanın əleyhinə sanksiyalara qoşulmayan dövlətlərin birliyi formalaşır
“Çin, Hindistan, Rusiya, İndoneziya, Braziliya, Meksika, İran və Türkiyə Ümümdaxii Məhsul baxımından Rusiya əleyhinə sanksiyalar tətbiq edən ölkələri 24,4% qabaqlayır”. Bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün Teleqram kanalında deyib. Parlamentin spikeri sanksiya tətbiq edən ölkələri sıralayarkən “ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Kanadadan söhbət gedir” deyə, konkretləşdirib.
Onun fikrincə, ABŞ özü bərabərhüquqlu dialoqa və qarşılıqlı faydalı münasibətlərin əleyhinə yönəlmiş siyasəti nəticəsində Rusiyanın əeyhinə sanksiyalar qoşulmayan “yeni böyük səkkizlik” formalaşmasına şərait yaradıb.
Milletinsesi.az Dövlət Dumasının sədri qeyd edib ki, bu ilin birinci rübündə ABŞ-da ümumi daxili məhsulda 1,5% azalma qeydə alınıb və inflyasiya 1981-ci ilin dekabrından bu yana maksimum həddə -8,6%-ə çatıb. Siyasətçi əmindir ki, ABŞ və onun müttəfiqləri tərəfindən mövcud iqtisadi münasibətlərin pozulması dünyada yeni iqtisadi böranın yaranmasına səbəb olub. “İqtisadi mənada “batan” ABŞ dünyada gərginlik yaratmağa davam edir. Problemlərini başqalarının hesabına həll etmək üçün hər şeyi edirlər. Bu isə son nəticədə istər-istəməz Amerikanın dünyada hegemonluq istəyinin fiaskoya uğramasına gətirib çıxaracaq”, – deyə, Volodin yekunlaşdırıb.
Bundan əvvəl Volodin bildirmişdi ki, Avropa İttifaqı Rusiyanın iqtisadi yüksəlişini əngəlləmək üçün öz arsenalını tükəndirib.
Britaniya silahlı qüvvələrinin keçmiş rəhbəri Devid Riçards da Qərb və Avropa İttifaqının Ukraynadakı münaqişənin həlli üçün konkret strategiyası olmamasını tənqid edib. Generalın sözlərinə görə, liderlərdən heç biri müharibənin necə və kimin xeyrinə başa çatmalı olduğunu başa düşmür. Riçardsın sözlərinə görə, Qərb liderləri sadəcə olaraq, Rusiya ilə bütün Avropa İttifaqı arasında qarşıdurmanın nə ilə nəticələnəcəyini gözləmək qərarına gəliblər.
Richards “The Telegraph” üçün yazdığı məqalədə belə davam edib: “Bu, “gəlin onun necə nəticələndiyini görək” adlı “strategiya”dır, başqa sözlə, bu, heç də strategiya deyil”.
Böyük siyasət kontekstində, generalın fikrincə, Rusiya ilə Çin arasında münasibətlərin inkişafına Avropa İttifaqının və Qərbin yanlış strategiyası ciddi təkan verir. İki gücün birliyi isə təkcə iqtisadi problemlər deyil, həm də çox spesifik hərbi təhlükələr gətirir.
Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ-ın dünyada gərginliyi tətikləyən addımlarından çəkindiyini açıqlayıb. O, Asiya-Sakit okean regionunda münaqişə axtarmadıqlarını bildirib. Onun sözlərinə görə, ABŞ-ın Şimali Atlantika Alyansının Asiya analoqunu yaratmaq niyyətində olduğuna dair bütün məlumatlar həqiqətə uyğun deyil. Ostinin vurğuladığı kimi, ABŞ-ın bu ərazidə NATO-nun analoquna ehtiyacı yoxdur.
Pentaqon rəhbəri konfransda deyib: “Biz qarşıdurma və ya münaqişə axtarmırıq. Biz yeni soyuq müharibə, Asiya NATO-su və ya düşmən bloklara parçalanmış region axtarmırıq”.
Bununla belə, o vurğulayıb ki, Birləşmiş Ştatlar üçün strateji əhəmiyyət kəsb edən regionları tərəddüd etmədən qorumaq və bu ərazilərdə “təhlükəsizlik mövqelərinin genişləndirmək” niyyətindədirlər.
Orxan ƏLİYEV,
Musavat.com