“Real” hücumçusu Marko Asensionu satmağa hazırdır.
Qol.az “Marca”ya istinadən xəbər verir ki, Madrid təmsilçisi 26 yaşlı oyunçunu 40 milyon avroya satmağa razılıq verib. İspaniya millisinin üzvü ilə “Arsenal” və “Milan”ın maraqlandığı bildirilir.
Qeyd edək ki, Asensio 2015-ci ilin iyulundan “Real”da oynayır.