III Avropa Oyunları bu ölkədə keçiriləcək

2023-cü ildə keçiriləcək III Avropa Oyunlarını keçirməyə yeganə namizəd ölkənin adı açıqlanıb.

Report-un verdiyi məlumata görə, Polşa Milli Olimpiya Komitəsi Krakov şəhəri və Malopolsk regionunun birgə ərizəsini təqdim edib. Növbəti Oyunların məkanı iyunun 22-də EOC-un Belarusun paytaxtı Minskdəki Növbədənkənar Baş Assambleyasında açıqlanacaq.

Daha əvvəl Rusiyanın Kazan şəhərinin də namizəd olduğu bildirilirdi.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunub. II Avropa Oyunları isə 21-30 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək.

 

Share: