Elçin Quliyev iki azyaşlı qız uşağını ac qoydu- DSX-dən şikayət

Mən iki azyaşlı qız uşağının anasıyam. 8 il ərzində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində sədaqətlə xidmət etmişəm. Bu xidmətlərə görə təltiflərim var. Lakin  mənim xəbərim olmadan məni işdən azad edib, uşaqlarımı aç qoydular.

Bu sözləri Quliyev Nərmin Fəxrəddin qızı Millətin Səsi.az-a ünvanladığı şikayət məktubunda yazıb .

O bildirib:  “Məni baş idarəyə dəvət edib, səhər saat 8:00-dən, axşam 17:00-a kimi iki kişi tədqiqatçının təzyiqi altında izahat aldılar. Onlar nə dedilərsə, onu da yazdım. Amma bu günə kimi hansı günahı işlətmişəm, özüm də bilmirəm”.

Nərminin sözlərinə görə, sorğu-sualın əksəriyyəti onun məzuniyyətdə olduğu müddətdə harda olmağı və  nə işlər gördüyü haqqında olub.

“Mən qadınam və anayam, harda olaramsa da ailəmin və dövlətimin şərəfini hər şeydən uca tuturam”, deyə, o bilirib.

Dövlət Sərhəd Xidmətindən  sabiq gizir Nərmin Quliyevanın şikayət ərizəsinə cavab olaraq “xidmətə uyğunsuzluqdan Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı” yazılıb.

Share: