General Iqbal Babayev saxlanıldı?

Dünən Dövlət Təhlükəsizlik Xidmətinin Gömrük Komitəsinin bəzi idarələrində keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslər arasında məşhur general İqbal Babayevin adı da hallanır.

Millətin Səsi.az Bakupost.az-a istinadən xəbər verir ki, onun həbs edilməsi xəbəri həqiqəti əks etdirmir.

Hazırda onun iş başında olduğu bildirilir. Bir saat öncə o, Feysbuk hesabında paylaşım da edib.

Qeyd edək ki, İqbal Babayev dövlətə yüksək xidmətləri ilə seçilən məmurdur. Onun adı heç vaxt korrupsiyada hallanmayıb.

Share: