Türkiyədə fabrikdə yanğın baş verib, 4 nəfər ölüb

Türkiyənin Kocaeli şəhərinin Çayırova rayonunda tekstil fabrikində yanğın baş verib.

Milletinsesi.az “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə yerinə gələn xilasedicilər fabrikdə çalışan 4 nəfərin cəsədini tapıblar.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Share: